Dressel 50 m. batterflayda dünya çempionu oldu

Dressel 50 m. batterflayda dünya çempionu oldu

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında kişilərin batterflay stili üzrə 50 m. məsafəyə üzgüçülük yarışında qalib müəyyənləşib.

Amerikalı Keyleb Dressel 22,35-lik göstəricisi ilə dünya çempionu adını qazanıb. Rusiyanı təmsil edən Oliq Kostin gümüş medalın sahibi olub. 39 yaşlı Nikolas Santos (Braziliya) isə üçüncülüklə kifayətlənib.


Dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Kişilər

50 m. batterflay

Final

1. Keyleb Dressel (ABŞ) - 22,35

2. Oleq Kostin (Rusiya) - 22,70

3. Nikolas Santos (Braziliya) - 22,79

4. Maykl Endryu (ABŞ) - 22,80

5. Sebastyan Sabo (Macarıstan) - 22,90

6. Andrey Qovorov (Ukrayna) - 22,91

7. Benjamin Praud (Böyük Britaniya) - 23,01

8. Andrey Jilkin (Rusiya) - 23,11

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR