Droqbadan qayıdış mesajı - FOTO

Droqbadan qayıdış mesajı - FOTO
2013-cü ildə "Qalatasaray"a transfer olan və göstərdiyi performansla azarkeşlərin könlündə taxt quran Didye Droqba meydanlara geri dönmək üçün bərk çalışır.
 
Sport7.az xəbər verir ki, hazırda şəriki olduğu "Fonex Risinq" üçün tər tökən fildişili ulduz, sosial media hesabından paylaşdığı videoyla 4 il sonra ilk dəfə mövsümöncəsi məşqlərə başladığını elan edib.
 
39 yaşlı ulduz bugünə qədər komandası ilə meydana çıxdığı 14 matçda 10 dəfə fərqlənməklə hələ də formada olduğunu göz önünə sərib.
 
 

Sport7.az

Xəbər lenti