Duayt Hovard:

Duayt Hovard: "Leykers" NBA-nın ən yaxşı müdafiə komandası ola bilər"

"Leykers"in mərkəz oyunçusu Duayt Hovard müdafiə planında komandasının NBA-da "ən yaxşı" ola biləcəyini düşünür.

"Leykers" NBA-nın ən yaxşı müdafiə komandası olmaq potensialına sahibdi", - deyə 33 yaşlı basketbolçu bildirib.

Hovard NBA-da üç dəfə mövsümün ən yaxşı müdafiəçisi seçilib.

Los-Anceles klubunun baş məşqçisi Frenk Voqel də oyunçusunun fikri ilə razıdı:

"Şübhəsiz ki, NBA-nın ən yaxşı müdafiə komandası ola bilərik. Amma bu, mənim onları düzgün formada hazırlaşdırmağımdan və onların oyun planının düzgün icrası baxımından mövsüm boyunca stabil çalışmasından birbaşa asılı olacaq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR