Duayt Hovard NBA blok sıralamasında 16-cı pilləyə yüksəldi (FOTO)

Duayt Hovard NBA blok sıralamasında 16-cı pilləyə yüksəldi (FOTO)

"Leykers"in mərkəz oyunçusu Duayt Hovard "Yuta" ilə oyunda 3 blok-şotla yadda qalıb.

Hovard karyerası ərzindəki bloklarının sayını 2 083-ə çatdırıb və Corc Consonu (2 082) geridə qoyaraq NBA sıralamasında 16-cı pilləyə yüksəlib.

33 yaşlı basketbolçu növbəti matçda Manut Bolu (2 086) da keçə bilər.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR