"Dudelanj" Azərbaycandan rəsmi şəkildə üzr istədi

"Dudelanj" Avroliqanın qrup mərhələsi çərçivəsində "Qarabağ”la oyunda baş verən erməni təxribatına görə Azərbaycan klubundan rəsmən üzr istəyib.

Sport7.az xəbər verir ki, klub rəsmi "Twitter" hesabı vasitəsilə yayımladığı açıqlamada təxribatla heç bir əlaqələri olmadığını bildirib: "Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq".

Oyunun birinci hissəsində dronla meydanın mərkəzinə qondarma "Dağlıq Qarabağ Respublikası”nın "bayrağı”nın endirilməsinə cəhd edilib. Amma "Qarabağ”ın futbolçuları bunun qarşısını ala biliblər. Təxribat səbəbindən hakim görüşü 20 dəqiqə müddətində dayandırmalı olub.

Daha öncə Lüksemburqun idman naziri də Azərbaycan tərəfdən üzr istəyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR