"Düdelanj"ın baş məşqçisi komandasına ratsiya ilə təlimat verəcək

Bildiyiniz kimi, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ” Lüksemburq "Düdelanj”ını qəbul edəcək.
 
Sport7.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Bertran Krasson bu görüşdə komandasına göstərişlərini telefon və ya ratsiya ilə verəcək.

Bu barədə "Luxemburger Wort” portalı məlumat yayıb. Bu addımın səbəbi isə 48 yaşlı belçikalı mütəxəssisin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Bu üzdən tribunada yer alacaq Bertran "Düdelanj”ı meydanda çıxaracaq köməkçisi Lexit Zeqdana təlimatlarını telefon və ya ratsiya ilə çatdıracaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR