Dümya Kuboku Bakıda keçirilə bilər, rəsmi müzakirə

Dümya Kuboku Bakıda keçirilə bilər, rəsmi müzakirə

Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) İdarə Heyəti videokonfrans keçirib.

Sport7.az xəbər verir ki, iclas zamanı bir sıra məsələlər, eləcə də 2020-ci ilin noyabr ayında Bakıda paracüdo üzrə Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi məsələsi müzakirə edilib.

Toplantıda Dünya Kubokunun keçirilməsi ilə bağlı son qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının bitəcəyi halda verilməsi və yarışın dəqiq tarixlərinin açıqlanması qərara alınıb.
 
Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalları qazandıran yarışlar 2021-ci ildə İngiltərənin Nottingem şəhərində və Bakıda keçiriləcək. Lakin Bakıda keçiriləcək Dünya Kubokunun reytinq xarakteri daşıması müzakirə edilir. Yarış baş tutacağı halda, Bakıda idmançıların göz tibbi təsnifatı keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR