"Dundalk"ın baş məşqçisi: "Qarabağ" son 7 mövsümdə qarşılaşacağımız ən güclü komandadı"

"Dundalk"ın baş məşqçisi Vinni Pert "Qarabağ"la oyunqabağı fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Qarabağ" "Dundalk"ın son 7 mövsümdə avrokubokların təsnifat mərhələsində qarşılaşacağı ən güclü komandadır. "Qarabağ"ın futbolçuları çox sürətli və texnikalıdır. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Bu mənada çox güclü komandadır. "Qarabağ" "Riqa" deyil. Oyuna yüksək konsentrasiya ilə çıxırlar və axmaq səhvlərə yol vermirlər. Məncə, əsas amil də məhz budur. "Qarabağ" həqiqətən mürəkkəb rəqibdir. Ancaq Azərbaycanda mövsüm hələ başlamayıb, komanda yalnız avrokuboklarda rəsmi oyunlar keçirib. Bizdə isə çempionat davam edir. Futbolçularımız lazım olan məqamlarda sürəti qaldıra bilirlər. Biz bunu yenidən etməliyik".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR