Dünya bir nömrəsi məşqçisi ilə yollarını ayırdı

Dünya bir nömrəsi məşqçisi ilə yollarını ayırdı


Dünya bir nömrəsi Naomi Osaka sürpriz qərarı ilə diqqət mərkəzinə düşüb.

Sport7.az-ın məlumatına görə, yaponiyalı raketka ustası məşqçisi Saşa Bainlə əməkdaşlığa son qoyduqlarını açıqlayıb. Naomi bu barədə "twitter" hesabında paylaşım edib:

"Bundan sonra Saşa ilə birlikdə çalışmayacağıq. İşinə görə ona təşəkkür edirəm və gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Naomi Osaka almaniyalı məşqçinin rəhbərliyi altında WTA 72-ciliyindən liderliyə yüksəlmişdi. O, bu dövr ərzində iki "böyük dəbilqə" turnirinin - "Amerika Açıq" və "Avstraliya Açıq" - qalibi olmuşdu.

Qeyd edək ki, Saşa Bain daha öncə Serena Uilyams, Viktoriya Azarenko və Karolina Voznyaki kimi məşhur tennisçilərin məşq partnyoru olub. O, 2018-ci ildə ən yaxşı WTA məşqçisi seçilmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR