Dünya çempionatı: Adam Piti 100 m. brassda qızıl medal qazandı

Dünya çempionatı: Adam Piti 100 m. brassda qızıl medal qazandı

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında üzgüçülükdə mübarizə davam edir.

Kişilərin brass üsulu üzrə 100 m. məsafəyə yarışında qalib müəyyənləşib. Gözlənildiyi kimi, Adam Piti 57,14-lük nəticəsi ilə qızıl medalın sahibi olub. Britaniyalı üzgüçü təsnifatda 56,88-lə özünə məxsus dünya rekordunu yeniləmişdi.

Pitinin həmyerlisi Ceyms Vilbi ikinci, Yan Zivey (Çin) isə üçüncü olub.


Dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Kişilər

100 m brass

Final

1. Adam Piti (Böyük Britaniya) - 57,14

2. Ceyms Vilbi (Böyük Britaniya) - 58,46

3. Yan Zivey (Çin) - 58,63

4. Yusihiro Koseki (Yaponiya) - 58,93

5. Kirill Priqoda (Rusiya) - 59,09

6. Endryu Vilson (ABŞ) - 59,11

7. Dmitri Balandin (Qazaxıstan) - 59,14

8. Anton Çupkov (Rusiya) - 59,19
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR