Dünya çempionatı keçirilən stadion yandı, yanğınsöndürən həlak oldu

Dünya çempionatı keçirilən stadion yandı, yanğınsöndürən həlak oldu

Dünən Rusiyada stadion yanıb.

Sport7.az xəbər verir ki, Rostov şəhərində yerləşən "Rostov Arena”da yanğın olub. Yanğının mənbəyi stadionun yaxınlığındakı kolluq ərazi hesab edilir.
Çətinliklə lokallaşdırılan yanğın 1000 kvadrat metrdən çox ərazini əhatə edib.

Rusiya Fövqaladə Hallar Nazirliyinin açıqlamasına görə, hadisə zamanı 30 yaşlı yanğınsöndürən xidməti borcunu yerinə yetirərkən dünyasını dəyişib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR