Dünya çempionatı: Kopello finalda, Babayevlə Skidandan uğursuzluq

Dünya çempionatı: Kopello finalda, Babayevlə Skidandan uğursuzluq

Dohada atletika üzrə dünya çempionatı davam edir.
 
Sport7.az xəbər verir ki, dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehli, məşqçilər Ziyad Xəlfəyev və Artyom Rubankonun rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidan (çəkic atma) təmsil edir.
 
DÇ-də 3 Təkanla tullanma yarışları başa çatıb. Aleksis Kopello, 16,95 nəticə ilə finala vəsiqə qazanıb. 16,65 nəticə ilə 19-cu olan Babayev isə 12 finalçı arasına düşə bilməyib. 
 
Qadınlar arasında Çəkic atma yarışı da başa çatıb. final mərhələsində idmançımız Anna Skidan 72,83 nəticə göstərərək yarışı 7- ci pillədə başa vurub.

Bu növ üzrə Dünya Çempionu isə 77,54 nəticə ilə ABŞ idmançısı Anna Price oldu. 2-ci yerə 76,35 nəticə ilə polşalı Yoanna Fiodorov, 3-cü pilləyə isə 74,76 nəticə ilə Çin idmançısı Zheng Vanq sahib çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR