Dünya çempionatı Yekaterinburqda keçiriləcək

Dünya çempionatı Yekaterinburqda keçiriləcək
2019-cu ildə kişilər arasında boks üzrə dünya çempionatı Yekaterinburqda keçiriləcək.
 
Sport7.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Boks Federasiyasının mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, federasiya bu qərarı Sverdlovsk vilayətinin təklifi əsasında qəbul edib. Yarışlar "Yekaterinburq-EKSPO” Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov deyib: "Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Vladimiroviç Kuyvaşov regionda idmanın inkişafında şəxsən iştirak edir. Biz boksun inkişafına onun töhfəsini görürük və qiymətləndiririk. Sirr deyil ki, bizim idman növünü Yekaterinburqda çox sevirlər və dünya çempionatının yerinin dəyişdirilməsi barədə təklif hakimiyyət orqanları tərəfindən tam dəstəklənib. Bu iri turnirin keçirilməsi Sverdlovskda boksun inkişafına yeni təkan verəcək. Yeni boks məktəbləri açılacaq. Bu, regionun iqtisadi inkişafına da kömək edəcək”.

Sverdlovsk vilayətinin qubernatoru Y.Kuyvaşov deyib: "Döyüş sənətləri, o cümlədən boks bütün dünyada və şübhəsiz ki, Sverdlovsk vilayətində getdikcə daha çox pərəstişkar toplayır. Biz döyüş sənətlərinə, o cümlədən Orta Uralda daha tez-tez keçirilən statuslu yarışlara urallıların marağının artdığını görürük. Mən Uralda idmanın bu növünü dəstəklədiyinə və dünya çempionatını Sverdlovsk vilayətində keçirmək barədə təklifimizi qəbul etdiyinə görə Rusiya Boks Federasiyasına və şəxsən Umar Kremlyova təşəkkür edirəm. Yüksək statuslu beynəlxalq yarışları keçirməkdə böyük təcrübəmiz var, dünya çempionatını yüksək səviyyədə təşkil etmək üçün bizdə hər cür şərait yaradılıb”.

2017-ci ilin iyulunda Rusiyaya 2019-cu ilin dünya çempionatını təşkil etmək hüququ verilib. Əvvəlcə çempionatı Soçidə keçirmək planlaşdırılıb. Yekaterinburqda boks üzrə dünya çempionatı 2019-cu ilin sentyabrına nəzərdə tutulub.
 
Sport7.az

Xəbər lenti