Dünya çempionatına bir gün qalmış baş məşqçi qovuldu

Dünya çempionatına bir gün qalmış baş məşqçi qovuldu
DÇ-2018-ə bir gün qalmış İspaniya millisi baş məşqçisiz qalıb. 

Sport7.az xəbər verir ki, komandasının baş məşqçisi Julen Lopeteqi tutduğu vəzifədən uzaqlaşdırılıb. 

Ötən gün "Real"la anlaşdığı iddia edilən mütəxəssislə münasibət gərginləşib və baş məşqçi istefaya göndərilib.

Dünya çempionatına yığmanı Lopeteqi aparmayacaq.

Xatırladaq ki, İspaniya mundialda Portuqaliya, Mərakeş və İranla B qrupunda mübarizə aparacaq.
 
Sport7.az

Xəbər lenti