Dünya çempionatında iştirak edəcək komandamızın heyəti açıqlandı

Dünya çempionatında iştirak edəcək komandamızın heyəti açıqlandı

Tokida keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək komandamızın heyəti açıqlanıb. 
 
Sport7.az xəbər verir ki, Azərbaycanı dünya çempionatında 9 kişi və 7 qadın cüdoçudan ibarət heyət təmsil edəcək.

Kişilərin yarışında Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) güləşəcək. 

Qadınlardan isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), İçinxorloo Münxtsedev (57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (+78 kq) tatamiyə çıxacaq.

Avqustun 25-dən 31-dək keçiriləcək dünya çempionatında 152 ölkədən 900-dən çox cüdoçu iştirakını təsdiqləyib.
 
Sport7.az
                                    

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR