Dünya çempionatının tarixi müəyyənləşdi

Dünya çempionatının tarixi müəyyənləşdi

2023-cü ildə keçiriləcək kişilər arasında basketbol üzrə dünya çempionatının dəqiq tarixi açıqlanıb. 

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Basketbol Federasiyası (FIBA) rəsmi rəsmi məlumat yayıb. Məlumata görə mundial avqustun 25-dən sentyabrın 10-dək keçiriləcək. 

FIBA ev sahibi ölkələrlə məsləhətləşəndən sonra turnirin vaxtı ilə bağlı qərar verib. 

Dünya çempionatında qrup mərhələsinin oyunları İndoneziya, Yaponiya və Filippində, final mərhələsi ilə Fillipinin paytaxtı Manilada baş tutacaq. 2019-cu ildə Çində keçirilən yarışın finalında İspaniya Argentinanı məğlub edərək (95:75) qalib olub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR