Dünya çempionlarımız Azərbaycan çempionatında iştirak etmir

Dünya çempionlarımız Azərbaycan çempionatında iştirak etmir
Bu gün Bakı İdman Sarayında böyüklər arasında karate üzrə 26-cı Azərbaycan çempionatına start verilib.

Sport7.az xəbər verir ki, şəxsi (18+) və komanda (+16) kata, eləcə də, şəxsi kumite yarışları keçirilir.

Kumite yarışlarında kişilər və qızlar beş çəki dərəcələrində qüvvələrini sınayırlar. Kişilər 60, 67, 75, 84 və +84 kq-da, qadınlar 50, 55, 61, 68 və +68 kq-da mübarizə aparırlar. 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov oxu.az-a açıqlamasında yarışla bağlı bunları söyləyib: "68 kq çəki dərəcəsində İrina Zaretskaya bu yarışda iştirak etməyəcək. O, dünya çempionumuzdur, iştirakına ehtiyac da yoxdur. 75 kq-da Rafael Ağayevin zədələri var. Həm də o, son dünya çempionatında 3-cü yerə çıxıb. Onun da iştirakına ehtiyac yoxdur, dünyada bir nömrədir. Kata millimizin üzvü Tural Balcanlı da əməliyyat olunduğu üçün bu yarışda iştirak edə bilməyəcək. Kumite millimizdən Rafiz Həsənov barmağından və Asiman Qurbanlı dizindən zədəlidir”.
 
Sport7.az

Xəbər lenti