Dünya çempionu vəfat etdi

Dünya çempionu vəfat etdi

İngiltərə yığmasının heyətində 1966-cı ildə keçirilən dünya çempionatının qalibi olan Qordon Benks vəfat edib.

2015-ci ildə xərçəng diaqnozu qoyulan sabiq qolkiperin gecə saatlarında dünyasını dəyişdiyi bildirilib. 

Benks Lev Yaşin və Dino Zoffla birlikdə dövrünün ən yaxşı qapıçılarından biri hesab olunurdu. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, o, 20-ci əsrin ən yaxşı qolkiperləri sırasında sadəcə Yaşindən geri qalır.

Qordon Benksin DÇ-1970-də Pelenin başla vurduğu zərbədən sonra etdiyi qurtarış ötən əsrin ən yaxşı seyvi seçilmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR