Dünya kuboku ilə bağlı qərar verildi

Dünya kuboku ilə bağlı qərar verildi

Bu il martın 12-də Bakıda start götürdüyü halda, yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib. 

Sport7.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytında qurumun İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyi ilə bağlı məlumat yer alıb. Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək. 

Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR