Dünya kubokunda ölkəmizi 2 gimnast təmsil edəcək

Dünya kubokunda ölkəmizi 2 gimnast təmsil edəcək

Aprelin 16-18-də Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Sport7.az xəbər verir ki, turnirdə ölkəmizi fərdi yarışlarda Arzu Cəlilova və Nərminə Səmədova təmsil edəcəklər.

Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan öncəki dünya kuboku yarışlarında Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız iki medala sahib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR