Dünya Kubokunun vaxtı açıqlandı

Dünya Kubokunun vaxtı açıqlandı

Bu il keçirilməsi planlaşdırılan və təxirə salınan şahmat üzrə qadınlararası Dünya Kubokunun yeni vaxtı bəlli olub. 

Sport7.az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, yarış 2021-ci ilin aprelində olacaq. FIDE təşkilatçılarla yeni müqavilə imzalayacaq. 

Belarusun paytaxtı Minskdəki Dünya Kuboku 10 sentyabr - 3 oktyabrda keçirilməli idi.  

Kişilər arasındakı ənənəvi turnirin vaxtı dəyişməyib, yarış 2021-ci ilin avqustunda Minskdə baş tutacaq. 

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2019-cu ildə keçirilən Dünya Kubokunun qalibi olub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR