Dünya üçüncüsü olan idmançımız:

Dünya üçüncüsü olan idmançımız: "Qarşıma medal qazanmaq məqsədi qoymuşdum"

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 67 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Rüstəm Qasımov federasiyanın rəsmi saytına açıqlama verib.
 
Sport7.az xəbər verir ki, gənc atletimiz əldə etdiyi nəticə ilə bağlı hisslərini bölüşüb:

"Yaxşı yarış oldu, mən də yaxşı çıxış etdim. Başda Asif Məmmədov olmaqla milli komandanın məşqçilərinə, həmçinin şəxsi məşqçim Taleh Hüseynova, həkimlərimizə, bir sözlə əməyi olam hər kəsə əziyyətlərinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu. Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxış edib həm o hərəkətdə, həm toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım, rəqabətdən çəkinmədim. Bura gələndə qarşıma medal qazanmaq məqsədi qoymuşdum. Şükürlər olsun ki, istəyinə nail ola bildim”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR