Dünya ulduzları Şəmkirdə futbol oynadı

Dünya ulduzları Şəmkirdə futbol oynadı

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib.
 
Sport7.az xəbər verir ki, bu dəfə turnirdə 4 komanda mübarizə aparıb. Qalib adı uğrunda Arkadiy Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda "Şahmatçılar" və "Təşkilatçılar" komandaları çıxış edib.

Reqlamentə uyğun olaraq komandalar dairəvi sistemlə bir-biriylə qarşılaşıb. Sonda daha çox qələbə qazanan "Təşkilatçılar"  futbol yarışının qalibi adını qazanıb. İkinci yeri iki qələbə qazanan Maqnus Karlsenin oynadığı "Şahmatçılar" komandası tutdu. 

Hər il ənənəvi olaraq istirahət günündə şahmatçılar futbol yarışında iştirak edir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR