Dünyaca məşhur idmançı qəzaya düşdü

Dünyaca məşhur idmançı qəzaya düşdü

Dünyaca məşhur qolfçu Tayger Vuds faciə ilə üzləşib.

Sport7.az xəbər verir ki, amerikalı idmançının idarə etdiyi avtomobil qəzaya uğrayıb. Hadisə Kaliforniya əyalətindəki Los Anceles şəhərində baş verib. Bu gün səhər yaşanan olay zamanı aşan avtomobilin içində Vuds tək olub. Yaralı vəziyyətdə onu maşından çıxaran vətəndaşlar dərhal xəstəxanaya aparıblar.

Meneceri Mark Steynberq qolfçunun ayaqlarından xəsarət aldığını və əməliyyata alındığını açıqlayıb. O, Vudsun kəsici alətlərin köməkliyi ilə avtomobildən çətinliklə çıxarıldığını söyləyib. Qəzanın səbəbi hələlik məlum deyil və bununla bağlı araşdırmaya başlanılıb.

Vuds son illər dünyanın çox qazanan idmançısı sayılır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR