Dünyanın ən bahalı futbolçuları: Mbappe Messini qabaqlayır, Ronaldunun adı

Dünyanın ən bahalı futbolçuları: Mbappe Messini qabaqlayır, Ronaldunun adı "ilk onluq"da yoxdu

CIES futbol araşdırmaları mərkəzi dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb.

Siyahı hazırlanarkən yaş, mövqe, klub və yığma səviyyəsindəki göstəricilər - meydana çıxma, qol vurma tezliyi - və uğurlar, daxili çempionatların səviyyəsi kimi faktorlar nəzərə alınıb.

Yekunda PSJ-nin hücumçusu Kilian Mbappe 252,2 milyon avroluq dəyəri ilə birinci sırada qərarlaşıb. Məhəmməd Salah ("Liverpul") yalnız fransız futbolçudan geri qalır. Rahim Sterlinq ("Mançester Siti") üçüncüdü.

"Barselona"nın ulduzu Lionel Messi siyahıda dördüncü, beşqat "Qızıl top" mükafatçısı Kriştianu Ronaldu ("Yuventus") isə 20-ci olub:

1. Kilian Mbappe (PSJ) - 252,2 milyon avro

2. Məhəmməd Salah ("Liverpul") - 219,6

3. Rahim Sterlinq ("Mançester Siti") - 207,9

4. Lionel Messi  ("Barselona") - 167,4

5. Ceydon Sanço ("Borussiya Dortmund") - 159,4

6. Sadio Mane ("Liverpul") - 157,8

7. Harri Keyn ("Tottenhem") - 155,2

8. Roberto Firmino ("Liverpul") - 144,2

9. Antuan Qrizmann ("Atletiko") - 143,8

10. Leroy Sane ("Mançester Siti") - 137,1
---
20. Kriştianu Ronaldu ("Yuventus") - 118,1


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR