Dünyanın ən uğursuz futbolçuları - SİYAHI

Dünyanın ən uğursuz futbolçuları - SİYAHI

"Marka" dünyanın ən uğusuz futbolçularının siyahısını hazırlayıb. 
 
Sport7.az xəbər verir ki, siyahıda ən çox finallarda məğlubiyytə uğrayan futbolçular və məşqçilər yer alıb. Birinci yeri Xavyer Maskerano tutub. "Barselona"nın sabiq futbolçusu karyerası ərzində 2014-cü ilin dünya çempionatı, 2004, 2007, 2015 və 2016-cı illərdə Amerika Kuboku da daxil olmaqla, ümumilikdə 11 finalda məğlub olub.
 
1. Xavyer Maskerano (11 dəfə komandası ilə finalda məğlub olub) 
2. Patris Evra (Çempionlar Liqasının finallarında ən çox məğlub olan oyunçu) 
3. Aryen Robben (6 məğlubiyyət: 2 dəfə Çempionlar Liqasının, 3 dəfə Superkubok və 2010-cu ilin dünya çempionatının finalı)
4. Mixael Ballak (2008-ci ildə Çempionlar Liqasının və bir neçə həftə sonra Avropa çempionatının finalında məlub oldu) 
5. Ektor Kuper (məşqçi 6 finalda uğursuzluq yaşayıb, bunlardan ikisi "Valensiya"nın baş məşqçisi kimi Çempionlar Liqasının həlledici görüşündə baş verib) 
6. Alessandro De Pyero (3 dəfə Çempionlar Liqasının və 2000-ci ildə baş tutan Avropa çempionatının finalında məğlubiyyət görüb) 
7. Lotar Matteus (İki dəfə dünya çempionatının və Çempionlar Liqasının finalında məğlubiyyət yaşayıb) 
8. Qonsalo İquayn (1 dəfə Çempionlar Liqasının və iki dəfə Amerika Kubokunun finalında uduzub)
9. Canluici Buffon (3 dəfə ÇL-in final matçında gümüş medalçı olub) 
10. Antoni de Avila (Libertadores Kubokunun 2 dəfə dramatik məğlubiyyət yaşayıb)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR