"Yuventus"un vinqeri Duqlas Kostanın "Mançester Yunayted"lə danışıqlar apardığına dair xəbərlər yayılmışdı.
Braziliyalı futbolçu iddiaları təkzib edib:
"Transfer pəncərəsi" dövründə başqa klublarla danışıqlar apardığıma dair çıxan əsassız xəbərləri təkzib edirəm. Mən "Yuventus"da qalmaq və burada titullar qazanmaq istəyirəm. Bir agentim var, o da Junior Mendozadı. Məni təmsil etmək hüququna malik yeganə şəxs odu".
Sport7.az