"Durub desək ki, 5, 10 xal toplamalı idik, bu absurd olardı" - Hüseyn Məhəmmədov

Azərbaycanın tanınmış veteran qapıçısı Hüseyn Məhəmmədov yığmamızın oyunu ilə bağlı fikirlərini bildirib.

Mllimizin sabiq qolkiperi Sport7.az-a açıqlamasında bunları söyləyib: "Qrupumuz güclü idi. Avropada 3-4 yaxşı komanda varsa, onlardan bir-ikisi bizim qrupa düşmüşdü. Çox xal yığmaq üçün şansımız az idi. Amma ən azından 4-5 xal yığa bilərdik. Açığı buna da potensialımız yox idi. Yalnız əzmkarlığın, istəyin, vuruşmağın sayəsində xal əldə etmək olardı. Futbolçularımızda ustalıq çatmırdı. Əksəriyyəti gəncdi və yığmaya yeni dəvət olunanlar da vardı. Öz çemionatımızda da komandaların sayının az olması kimi amillər də rol oynayır. Mübarizə, əzmkarlıq nədən irəli gəlir? Futbolçuların çoxluğundan. Yığmada oynamaq arzusu böyük olmalıdı. Seçim amili, futbolçuları üzə çıxarmaq, mübarizə, fikrimcə, bunların azlığı da rol oynayır. İstənilən halda qrupumuz da güclü idi. Macarıstan, Uels, Xorvatiya Avropada sayılıb seçilən komandalardı. Açıq danışaq, qrup məlum olanda final mərhələsinə yüksəlmək şansımız sıfıra bərabər idi. Sadəcə, əzmkarlıq olmalı, xal toplamaq vacib idi. Göstərməli idik ki, biz də vuruşuruq. Digər tərəfdən, güahlandırmaq da olmur. Rəqiblərimiz də güclü idi. Bizim də vaxtımızda belə olub, güclü rəqiblərlə qarşılaşmışıq. Düzgün qiymət vermək lazımdı. Durub desək ki, 5, 10 xal toplamalı idik, bu absurd olardı. Son oyunlarda milli o istəyi göstərirdi. Mənim üçün xoş oldu ki, məsələn Slovakiyada əlimizi-qolumuzu sallamadıq. Burda 1:5 uduzduğumuz oyundan çox fərqli oynadılar. Böyük hesabla uduzmadıq, amma hiss olunurdu ki, mübarizə var idi. Əlbəttə, uduzmağımız xoş hal deyil, bizim, sizin üçün də sarsıdıcıdı. Hamımız istəyirik ki, yığma daha yaxşı oynasın, xallar qazansın".

Məhəmmədov baş məşqçi və heyət dəyişikliyi ilə bağlı sualı da belə cavablandırdı: "Hər məşqçinin öz zamanı var. Burada da nəticə amili böyük rol oynayır. Aydın məsələdi, yaxşı nəticə olsa qalmalı, əks halda getməlidi. Biz desək də, deməsək də yəqin ki, özləri fikirləşirlər. Bazamız, seçimimiz olmalıdı ki, gedənlərin yerinə aşağıdan gələnləri götürə bilək. Arxadan gələn nəsil də nəticə göstərməlidi ki, gedənlərin yerini tuta bilsin. Qaralarımızın, maksimlərimizin əvəzinə futbolçular varsa, yığmaya dəvət almalıdı. Ümid verməlidi ki, o yeri dolduracaq. Nəticə yoxdusa, istər-istəməz rəhbərlik bu haqda düşünəcək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR