"Düşünmürdüm ki, "Roma"dan xal ala bilərik" - Aqil Məmmədov

"Qarabağ" - "Roma" matçı ilə bağlı Aqil Məmmədov fikirlərini bildirib.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Qarabağ"dan razı qaldım. Əsasən də ikinci hissədə, deyərdim ki, "Roma"dan üstün oynadı. Ən azı qol imkanlarımız vardı. Sadəcə, oyun başlayanda buraxdığımız qollar mane oldu. Əks halda matç başqa cür nəticələnə bilərdi. Xal qazanmaq şansımız vardı.

Azarkeşlər "Qarabağ"ın xal qazanmağını istəyərdi. Amma reallıq göstərdi ki, "Roma" qat-qat güclü komandadı. Futbolçuların ustalıq səviyyəsi üstündü. Düzdü mən düşünmürdüm ki, "Roma"dan xal ala bilərik. Bundan sonra hər komandadan xal almaq mümkündü. Çətin olacaq, hamı istəyir ki, "Qarabağ" xal qazansın. Amma deyə bilmərəm "Çelsi" yaxud. "Atletiko" ilə oyunda sərfəli nəticə ola bilər. 

İtaliya çempionatının səviyyəsinə bələdik. Amma Azərbaycanda iki rəqib var - "Qarabağ" və "Qəbələ". Komandalar az oyun keçirir. Çempionatın səviyyəsi yaxşı olsaydı müqavimət göstərə bilərdik. Sürət  və sair baxımından geri qalırıq".

Sport7.az

Xəbər lenti