"Dyurent gələndən sonra məğlubedilməz komanda olduq" - Dreymond Qrin

"Qolden Steyt"in forvardı Dreymond Qrin zədə səbəbindən son oyunları qaçıran komanda yoldaşı Kevin Dyurent haqqında danışıb.

O, KD-nin gəlişindən sonra "Vorriorz"un məğlubedilməz komandaya çevrildiyini bildirib:

"Onlar "Vorriorz"du. Kevin gəlməmişdən əvvəl də güclü idilər" - kimə baxırsan, bu fikirdədi. Boş söhbətlərdi. Bəli, biz yaxşı idik. Əla komandamız var idi, bizi məğlub etmək çətin idi... Ancaq Kevin gələndən sonra məğlubedilməz olduq. Kazıns gələndən sonra da eyni reaksiyalar oldu. Əslində isə bizim bu oyunçulara ehtiyacımız var. Final seriyası çətin olacaq. Ümid edirəm ki, Dyurent qayıdacaq".

"Portlend"i seriya hesabında 4:0 üstələyən "Qolden Steyt" NBA finalındakı rəqibini gözləyir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR