Eddi İsrafilov: “Azərbaycanı çox sevirəm”

Eddi İsrafilov: “Azərbaycanı çox sevirəm”

Azərbaycan millisinin üzvü Eddi İsrafilov Slovakiya ilə oyunun fasiləsində yaşananlardan danışıb.

Sport7.az xəbər verir ki, futbolçu fasilədə hansısa ciddi münaqişənin yaşanmadığını deyib.

"Orda biz emosiyalarımız bölüşdük. Heç bir fövqaladə hadisə olmadı. Mən Azərbaycanı çox sevirəm, meydanda can qoyuram. Milliyə gələrkən də meydanda bacardığımı edirəm.

"Saraqosa” ilə oyundan sonra uzun yol gəlmişdim, əzələlərimdə ağrı var idi. Ona görə də vəziyyətimi daha da pisləşdirmək istəmədim, əvəzlənməyimi xahiş etdim. Mənim üçün xüsusi insident yaşanmayıb. Bundan sonra da Azərbaycan millisində oynamağa hazıram”. (Azerisport.com)
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR