Eddi İsrafilov Uelslə oyunda iştirak etməyəcək

Eddi İsrafilov Uelslə oyunda iştirak etməyəcək

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
 
Sport7.az xəbər verir ki, İspaniyanın "Albasete" klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə "Zirə"dən Elvin Camalov çağırılıb.
 
Eddinin milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete"yə göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.

Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.
 
İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR