Eddi məğlubiyyətə üzüldü

Eddi məğlubiyyətə üzüldü

İspaniya 2-ci liqasında 15-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.

Doğma meydanda "Luqo” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Albasete” hazırda 22 xalla 8-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR