Eddinin klubunda koronavirusa yoluxma aşkarlanıb

Eddinin klubunda koronavirusa yoluxma aşkarlanıb

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun forma geyindiyi "Albasete”də koronavirusa yoluxma qeydə alınıb. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçib, onlardan birinin nəticəsi müsbət olub. İnfeksiyaya yoluxan şəxsin adı açıqlanmasa da onun hazırda evində karantində olduğunu və özünü yaxşı hiss etdiyi bildirilib. 

Klub testin nəticələrini La Liqa rəhbərliyinə və səhiyyə orqanlarına göndərib. 

İsrafilov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı Lüksemburq və Kiprlə matçlarında iştirak etməyib. 28 yaşlı yarımmüdafiəçi İspaniyadakı vəziyyətin koronavirus səbəbindən gərgin olduğunu və qayıdarkən iki test prosedurundan keçməsini əsas gətirərək toplanışa qatılmayıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR