Eddinin komandasından

Eddinin komandasından "sülh"

İspaniyanın 2-ci liqasında 18-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.

Səfərdə "Ponferradina” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. İsrafilov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

"Albasete” hazırda 26 xalla 8-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR