Eddinin

Eddinin "Qranada" karyerası başa çatdı

Uzun danışıqlardan və xahiş-minnətdan sonra Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilov klubsuz qalıb.

Sport7.az xəbər verir ki, "Qranada" klubu İsrafilovdan imtina edib. Artıq tərəflər əməkdaşlığa son qoymağa qərar veriblər. Daha dəqiqi, "Qranada" tərəfi Eddini yenidən icarəyə götürməkdən və ona görə "Mursiya"ya 1.5 milyon avro ödəməkdən imtina edib. İyunun 30-da İsrafilovun "Qranada" ilə icarə müqaviləsinin müddəti başa çatır.

İddialara görə, İsrafilovla "Almeriya", "Eybar" və "Vest Bromviç" kimi klublar maraqlanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR