"Real"ın yarımmüdafiəçisi Eden Azar zədə səbəbindən "Barselona" ilə oynanılacaq matçı qaçıra bilər.
Son müayinənin nəticəsinə əsasən Azarın zədə yerində mikroçat aşkarlanıb. "As"ın xəbərinə görə, belçikalı futbolçu 4-6 həftə arası yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda, o, "El Klasiko"da forma geyə bilməyəcək.
Azarla yanaşı, Marselonun da "Barselona" ilə görüşdə iştirakı sual altındadı.
Sport7.az