Eden Azar

Eden Azar "Real"da - RƏSMİ

Eden Azar "Çelsi"ni "Real"a dəyişib.

Madrid klubu belçikalı futbolçunun transferini açıqlayıb. Azarın müqaviləsi 2024-cü ilə kimi nəzərdə tutulub.

Təqdimat mərasimi iyunun 13-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Transferin maddi tərəfləri ilə bağlı detallar rəsmən açıqlanmasa da, keçidin Madrid klubuna bonuslarla birlikdə 130 milyon funta başa gəldiyi bildirilir.

"Çelsi"nin heyətində 7 mövsüm çıxış edən Azar bu müddət ərzində 352 matçda meydana çıxmış və 110 dəfə rəqib qapılarına yol tapmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR