Eduard Məmmədov 24-cü dəfə dünya çempionu oldu

Eduard Məmmədov 24-cü dəfə dünya çempionu oldu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən WAKO versiyası üzrə Dünya çempionatında Eduard Məmmədov növbəti qələbəsini qazanıb.

Sport7.az xəbər verir ki, 63 kq çəkidə çıxış edən Məmmədov keçirdiyi final döyüşündə tanınmış italyan rəqibi WAKO versiyasından 7 qat dünya çempionu Spanu Giampaoloya qalib gəlib. 

"Ağ canavar" ləqəbli idmançı bununla da  WAKO versiyasından 4-cü, ümumi hesabla isə 24-cü dəfə Dünya çempionu tituluna sahib olub. 

Azərbaycan kikboks üzrə dünya reytinqində 10-cu yerdədir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR