Eduard Məmmədov bir ildə ikinci dəfə dünya çempionu oldu

Eduard Məmmədov bir ildə ikinci dəfə dünya çempionu oldu

Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Eduard Məmmədov növbəti dəfə hamıdan güclü olub.

Sport7.az xəbər verir ki, tanınmış idmançımız (-63 kq) veteranlar arasında yarışda üç görüş keçirərək növbəti dünya çempionluğunu qazanıb.

O, əvvəlcə danimarkalı Yan Larseni, daha sonra argentinalı Federiko İqnasionu vaxtından erkən qazandığı qələbələrlə məğlub edib. Finalda isə idmançımız WAKO üzrə dünya çempionatının yeddiqat qalibi olmuş italiyalı Campaolo Spanuya 3:0 qalib gəlib. Bununla da Eduard WAKO-da 5-ci, ümumilikdə isə 25-ci dünya çempionluğunu qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR