Çeferin Avrokuboklar üçün son tarixi açıqladı

Çeferin Avrokuboklar üçün son tarixi açıqladı

UEFA hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmağı planlaşdırır.

Sport7.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin ZDF telekanalına açıqlamasında bildirib. Sloveniyalı funksioner çempionlar Liqası və Avropa Liqasındakı qalan qarşılaşmaları milli çempionatların keçirildiyi günlərdə də oynamağın mümkünlüyünü bildirib: "Vəziyyət fövqəladədir. Biz möhkəm olmalıyıq. Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündür. "8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem görmürəm".

Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR