"Efes" "Fənərbağça"nı məğlub edərək final seriyasını bərabərləşdirdi

Kişi basketbolçuların Türkiyə Superliqasında final seriyasının ikinci görüşü oynanılıb.

"Anadolu Efes" "Fənərbağça"nı qəbul edib. Qonaqlar fasiləyə 12 xal öndə yollansalar da, "Efes" geridönüş edərək matçı overtayma daşıyıb. Əlavə vaxtda üstün olan Ərgin Atamanın yetirmələri qələbə qazanaraq final seriyasını bərabərləşdiriblər.

Vasili Miçiç 30 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. "Fənərbağça"nın heyətində isə Nikola Melli 22 xalla oynayıb.


Türkiyə Superliqası

Final seriyası (ikinci oyun)

"Anadolu Efes" - "Fənərbağça" - 101:93 (overtaym)

Seriyada hesab - 1:1


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR