Əfqan Talıbov:

Əfqan Talıbov: "İndiki uşaqlar futbol yox, telefonla oynayırlar"

"Biz uşaq vaxtı səhər evdən çıxar, axşama qədər küçələrdə futbol oynayardıq. İndiki uşaqlar isə futbol yox, telefonla oynayırlar. Bu gün gənclər vaxtlarının çox hissəsini telefona, televizora, müasir texnalogiyanın yeniliklərinə ayırırlar”.

Sport7.az xəbər verir ki, bu sözləri Fanat.Az-a açıqlamasında "Turan Tovuz” klubunun Müşahidə Şurasının üzvü Əfqan Talıbov Azərbaycanda son illər istedadlı futbolçuların yetişməməsinin səbəbləri barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, gündə cəmi 1 saat futbol oynamaqla uğur qazanmaq olmaz: "Futbolu səhər-axşam oynamalı, durmadan məşq etməlisən. Bu gün nisbətən gözə çarpan oyunçularımız "Zenit”, "Qalatasaray” futbol akademiyalarının yetirməsidir. Çünki həmin ölkələrdə uşaqlar 13 - 15 yaşlarında, keçid dövründə bütün diqqətini futbola ayırır, gücünü ancaq bu sahəyə səfərbər edirlər. Əfsuslar olsun ki, bizdə belə deyil. Valideynlərin çoxu istəyir ki, uşağı Messi kimi olsun. Bu, alınan iş deyil. Yorulmadan çalışmaq lazımdır. Həmçinin bu gün qidalanma həddindən artıq böyük problemə çevirilib. Xüsusilə keçid dövründə buna ciddi diqqət yetirmək lazımdır”.

Talıbovun fikrincə, akademiyaların sayı artdıqca bu problem aradan qalxa bilər: "Son vaxtlar bölgə futboluna münasibət yaxşı mənada dəyişib. Getdikcə AFFA rayonlarda futbolun inkişafına diqqəti daha da artırır. Düşünürəm ki, belə də olmalıdır. Hamı komanda sayının çoxalmasını istəyir. Bölgələrdə klubların, akademiyaların sayı artmalı, uşaqlar ora səhər girib, axşam çıxmalıdırlar. Eyni zamanda, ciddi nəzarət lazımdır. Çünki həmin uşaqlar 17-18 yaşlarında "itirlər”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR