Əfsanə Ronaldinyo, həmişəki kimi - VİDEO

Əfsanə Ronaldinyo, həmişəki kimi - VİDEO
İspaniyanın iki nəhəng klubu "Barselona" və "Real"ın veteran futbolçuları Livanın paytaxtı Beyrutda üz-üzə gəlib.
 
Xeyriyyə xarakteri daşıyan matçda "Barselona" 3:2 hesablı qələbə qazanıb. Katalon təmsilçisində bütün qolların ötürməsini verən Ronaldinyo oyuna damğasını vurub. 
 
3 qol ötürməsi ilə yanaşı özünəməxsus estetik hərəkətlərini də matç boyunca sərgiləyən 37 yaşlı braziliyalı əfasanə oyunu izləyənləri məst edib. Ludoviç və Cülinin hərəyə bir dəfə fərqləndiyi "Barselona"da 3-cü qola türlkiyəli azarkeşlərə yaxşı tanış olan, birvaxtlar "Beşiktaş"da forma geyən Simao Sabroza  imza atıb. "Real"ın qollarını isə Fernando Sanz və Xavi Herrera vurub. 
 
Sport7.az matçın videoicmalını təqdim edir:

 
Sport7.az

Xəbər lenti