Əfsanələrin oyununda maraqlı hadisə: Selfi çəkdirmək istəyən hakim Kakaya sarı vərəqə göstərdi (VİDEO)

Əfsanələrin oyununda maraqlı hadisə: Selfi çəkdirmək istəyən hakim Kakaya sarı vərəqə göstərdi (VİDEO)

Braziliya və İsrail yığmalarının əfsanələri arasında keçirilən xeyriyyə məqsədli oyunda maraqlı hadisə yaşanıb.

Matçın 51-ci dəqiqəsində görüşü idarə edən hakim səbəbsiz yerə Kakaya sarı vərəqə göstərib. Epizod həm braziliyalı futbolçu, həm rəqib oyunçuların təəccübünə səbəb olsa da, çox keçməmiş referinin niyyəti bəlli olub. Cibindən mobil telefonunu çıxaran hakim Kaka ilə selfi çəkdirib.

Qeyd edək ki, Semmi Ofer adına stadionda keçirilən oyun Braziliyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR