EKF-in iclası keçirilib

EKF-in iclası keçirilib

Macarıstanın paytaxtı Budapeştdə Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin iclası keçirilib. 

Sport7.az xəbər verir ki, idarə heyətinin üzvü Yaşar Bəşirov yığıncaqda iştirak edib. Gündəlikdə duran məsələlər arasında martın ikinci yarısı Bakıda böyüklərin 55-ci Avropa çempionatına hazırlıq işləri də müzakirə olunub. Y.Bəşirov nüfuzlu tədbirə hazırlıqla bağlı məlumat verib. 

EKF rəsmiləri kütləvi beynəlxalq yarışlar keçirməkdə böyük təcrübəsi olan Azərbaycanın bu tədbiri də uğurla təşkil edəcəyinə inandıqlarını bildiriblər. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR