Ekşteyn sabiq klubu haqda:

Ekşteyn sabiq klubu haqda: "Çətin rəqibdir"

"Səbail"in futbolçusu Hendrik Ekşteyn Azərnaycan Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacaqları "Sabah"la matç haqda danışıb.
 
Sport7.az xəbər verir ki, futbolçu sabiq klubunun gücünü dəyərləndirib: "Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odur ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdir, lakin qələbə üçün əlimizdən gələni edəcəyik".
 
Futbolçu qış fasiləsində "Sabah"dan "Səbail"ə transfer olunub. "Sabah" - "Səbail" qarşılaşması fevralın 23-də "Bank Respublika Arena"da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR