"El Klasiko"dan "Barselona" qalib ayrıldı, ÇSKA-dan növbəti qələbə

Kişi basketbolçuların Avroliqa turnirində 24-cü tura yekun vurulub.

Həftənin son oyun günündə 3 görüş keçirilib. Mərkəzi qarşılaşma "Barselona" və "Real" arasında oynanılıb. Ante Tomiç (22 xal, 13 ribaund) və Tomas Ertelin (17 xal, 10 assist) damğa vurduğu matç "Barselona"nın qələbəsiylə yekunlaşıb.

Günün bir digər maraqla gözlənilən qarşılaşmasında ÇSKA "Olimpiakos"un qonağı olub. "Ordu klubu" ikinci yarıdakı üstün oyunu sayəsində sonda qələbəni bayram edən tərəf olub. ÇSKA-nın heyətində Korri Hiqqins 18 xalla, Serxio Rodriqes isə 15 xal, 12 assistlə oynayıb. "Olimpiakos"da Zak LeDeyin 21 xal, 9 ribaundu qalibiyyət üçün yetərli olmayıb.

"Bavariya" isə səfərdə Monteneqro təmsilçisi "Buduçnost"u üstələyib.


Avroliqa

24-cü tur

"Buduçnost" (Monteneqro) - "Bavariya" (Almaniya) - 75:89

"Olimpiakos" (Yunanıstan) - ÇSKA (Moskva, Rusiya) - 81:97

"Barselona" (İspaniya) - "Real" (İspaniya) - 77:70


24 turdan sonra turnir cədvəlinə "Fənərbağça" başçılıq edir. ÇSKA ikinci, "Real" isə üçüncüdü. Hər üç komanda pley-offa vəsiqəni təmin edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR