Əl üstə kimin əli - FOTOLAR

Əl üstə kimin əli - FOTOLAR
Əvvəllər "Neftçi”də belə idi. Kuboklarla dolu bir məşhur şkafın qarşısında şəkillər çəkilirdi. "Neftçi”də işə qəbul olunanlar, transfer edilənlər mütləq həmin şkafın qarşısından keçməli idilər. Sanki vitrinə çıxırdılar...

İndi "Keşlə”də həmin o şkafı Zaur Axundov əvəz edib. Daha doğrusu, cənab Axundovun əli. "Keşlə”nin Müşahidə Şurasının sədri, faktiki prezidenti olan Zaur bəy gələnləri qarşılayır, gedənləri yola salır. Hamısını da əl sıxmaqla.
 

Zaman keçir, büdcə xərclənir (dağıdılır yazmadım ki, cənab Axundovun ictimai nüfuzuna xələl gəlməsin). Amma ortada heç bir nəticə yoxdur.
 

Eşitdiyimə görə, Zaur Svanadzenin gedişindən sonra Zaur Axundova işsiz yerli mütəxəssislərin adı yazılan siyahı təqdim ediblər. İstəyiblər ki, seçim etsin, danışıqlar aparılsın. Zaur bəy əliylə siyahını geri itələyib. Yəni ki, yerlilərə bir "quş”.
 
 
Nəhayət ki, daşı ətəyindən tökdü, yerli məşqçiyə etimad göstərdi.
Tərlan Əhmədovu təbrik edir, xeyirli-uğurlu olmasını arzulayıram. Həm özü, həm də "Keşlə” üçün. İşi çətin olacaq. Elə həmişəki kimi. Onun işi onsuz da həmişə daşdan çıxıb, çətinliklərdən keçib. İnanıram ki, bacaracaq. Özü də bilir ki, Axundovla çətin olacaq.
 


Qarşıda ağır oyunlar var. Heyətdəki vecsiz legionerlərin isə sayı çoxdu. Yeni transferlərin edilməsi, komandanın güclənməsi üçün onlardan can qurtarmaq lazımdı. Qurtarmasalar, dəyişən heç nə olmayacaq. "Keşlə”nin qatarı indikindən də uzaqlara gedəcək. Zaur Axundov isə əlini sıxmağa yeni mütəxəssis axtaracaq...

Sport7.az
 

Xəbər lenti