Əlcəzairli futbolçu Azərbaycan millisinin formasını tapdaladı

Əlcəzairli futbolçu Azərbaycan millisinin formasını tapdaladı
Azərbaycan millisinə 0:2 hesabıyla uduzan Əlcəzair komandasının üzvləri hakimin final fitindən sonra özlərini yaxşı aparmayıblar.

Sport7.az xəbər verir ki, hakimin final fitindən sonra qonaq komandanın üzvlərindən birin Farid Əl-Memali Azərbaycan millisinin formasını yerə atıb və onu tadalayıb. Onun komanda yoldaşları isə paltardəyişmə otağının şüşəsini sındırıblar.

Bu barədə "Dalğa Arena"da olan "azərisport.com" saytının əməkdaşı məlumat yayıb.

Əlcəzairin baş məşqçisi insidenti araşdıracağını bildirib.

Sport7.az

Xəbər lenti